Türkiyə vətəndaşı olan hakimin FETÖ dindirilməsinin ardından qeyri-qanuni yollarla Yunanıstanın Saqqız adasına keçərək sığınacaq istədiyi haqda məlumat yayılıb.
Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Saqqız Adası Sahil Təhlükəsizlik xidmətindən verilən məlumata görə, 50 yaşındakı hakim səhər 06.00-da 6 nəfər suriyali miqrantı daşıyan bir qayıqla adanın Aya Eleni sahilinə keçib.
Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən mərkəzə gətirilən hakimin, siyasi sığınacaq istədiyi məlum olub. Səlahiyyətlilər türk hakimin ölkəyə qeyri-qanuni yolla daxil olması ittihamı ilə onun prokurorluğa sövq edildiyini deyiblər. Yunan mətbuatının yazdığına görə, hakimin sığınacaq istəməsi tələbi əsasında əməliyyatların həyata keçirilməsi üçün onu Afinaya aparacaqlar. Hələlik hakimin kimliyi gizli saxlanılır.
Gülnaz Qənbərli
Gununsesi.info