Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

24 Fevral 2018
23 Fevral 2018

19 Yanvar 2018 - 17:02

“Türk Hava Yolları” Azərbaycanda yeni endirim kampaniyasına start verib

“Türk Hava Yolları” aviaşirkəti Azərbaycanda yeni endirim kampaniyasına start verib.

Gununsesi.info-nun xəbərinə görə, kampaniya çərçivəsində İstanbuldan Bakıya, Gəncəyə və Naxçıvana, həmçinin əks istiqamətə olan aviabiletlər endirimli qiymətlərlə təklif olunur.

Belə ki, kampaniya çərçivəsində Bakı-İstanbul-Bakı aviareysi üzrə biletin qiyməti 169 avrodan, Gəncə-İstanbul-Gəncə və Naxçıvan-İstanbul-Naxçıvan aviareysi üzrə isə 119 avrodan başlayır. Bundan başqa, İstanbul-Bakı-İstanbul aviareysi üzrə biletin minimal qiyməti 167 ABŞ dolları, İstanbul-Gəncə-İstanbul və İstanbul-Naxçıvan-İstanbul aviareysi üzrə isə 106 ABŞ dolları təşkil edir. Sözügedən qiymətlərə 30 kq baqaj və 8 kq əl yükü daxildir.

Yanvarın 31-dək davam edəcək kampaniya çərçivəsində alınan biletlər ilə 15 yanvar – 10 iyun tarixləri ərzində səyahət etmək mümkündür. Kampaniyanın qaydalarına əsasən, biletlər səyahət tarixindən minimum 5 gün əvvəl alınmalıdır.

Qeyd edək ki, 1933-cü ildə yaradılmış və həmin vaxt aviaparkı beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın və bütün dünyada 300 istiqamət üzrə uçuşlar yerinə yetirən (251 beynəlxalq və 49 daxili) 329 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətin üzvüdür. 6 il ərzində (2011-2016) aviaşirkət “Avropanın ən yaxşı aviaşirkəti” adına layiq görülüb. 2017-ci ildə “Skytrax” şirkətinin apardığı tədqiqatın nəticələrinə görə, “Türk Hava Yolları” ardıcıl doqquzuncu dəfə olaraq “Cənubi Avropanın ən yaxşı aviaşirkəti” seçilib. Aktivində 2010-cu ilin “Təyyarənin göyərtəsində ən yaxşı ekonom-klass qidalanması” dünya mükafatı olan “Türk Hava Yolları” 2013, 2014, 2016 və 2017-ci illərdə “Təyyarənin göyərtəsində ən yaxşı biznes-klass qidalanması” mükafatı alıb. 2015-ci və 2017-ci illərdə “Ən yaxşı biznes-zal” mükafatına layiq görülən “Türk Hava Yolları” sorğunun nəticələrinə əsasən, cari ildə “Biznes-zallarda ən yaxşı qidalanma” mükafatı ilə ardıcıl üçüncü dəfə təltif edilib.

Gülnaz Qənbərli

Gununsesi.info