Türk Hava Yolları da soyğunçuluğa başlayıb - 14 kq çəkiyə 196 avro

  • By admin
  • 06 Oktyabr 2021 20:45

“Azərbaycan cəmiyyətinin qınaq obyektində olmalı daha bir hava yolları şirkəti var. Bu da Türk Hava Yollarıdır”. 

Bunu Gununsesi.info-ya açıqlamasında saytımızın baş redaktoru Pərviz Həşimli söyləyib.  Onun bu fikirlərinə səbəb isə bu günlərdə Türk Hava Yollarının xidməti zamanı üzləşdiyi soyğunçuluq faktı olub.

Almaniyadan ölkəmizə dönən Pərviz Həşimli bunları deyib: “Adətən, Azərbaycan cəmiyyətinin qınaq obyektində AZAL olurdu. Ancaq kiçik bir araşdırma kifayyət edər ki, Türk Hava Yollarının da insanları vicdansızcasına soymasının şahidi olasan. Mən bu günlərdə Avropada səfərdə idim. Bakı-İstanbul-Basel və eyni marşurut üzrə geriyə  1420 manata bilet almışdım. Bu kifayyət qədər baha bilet idi. Avropada olarkən bileti dəyişməli oldum. Buna görə əlavə 250 manat ödəniş alındı. Bunları bir kənara qoyuram. Biletdə 20 kq yük limitim olub. Hava limanında məlum oldu ki, 14 kq artıq çəki var. Buna görə məndən Türk Hava Yolları 196 avro məbləğində pul aldı. Bunun adı soyğunçuluqdur. Bəlkə də o artıq çəki içərisindəkilər bu məbləğdən daha ucuzdur. Amma insafsızcasına o pulu insanlardan alırlar”. 

 

Günay

Gununsesi.info