Qəzza sektorunda davam edən gərginliklə bağlı “Türk Hava Yolları” aviaşirkətinin Tel-Əviv səfərləri müvəqqəti təxirə salınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin rəsmi internet səhifəsində bildirilib.
Məlumata əsasən, İstanbulun yeni hava limanından bu günə Tel-Əvivə nəzərdə tutulan bütün reyslər təhlükəsizlik tədbirləri məqsədilə təxirə salınıb. Mayın 15 və 16-na olan reyslərə olan bilet satışları isə dayandırılıb.
Qeyd edək ki, təhlükəsizlik tədbirləri məqsədilə dünyanın bir çox hava yolu şirkəti bu istiqamətdə səfərlərin müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul edib.
Gununsesi.info