“Türk Hava Yolları” yanvarda rekord sayda sərnişinə xidmət göstərib

“Türk Hava Yolları” yanvarda rekord sayda sərnişinə xidmət göstərib

Cari ilin ötən ayında “Türk Hava Yolları” aviaşirkəti bütün yanvar ayları üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə müvəffəq olub – 79,8%. Şirkət tərəfindən daşınan sərnişinlərin sayı əvvəlki ilin analoji ayı ilə müqayisədə 37% artaraq 5,7 milyona çatıb. Beləliklə, yanvar ayında “Türk Hava Yolları”nın tarixində ilk dəfə olaraq 5 milyondan çox sərnişin daşınıb.

Gununsesi.info-nun xəbərinə görə, yanvar ayında aviareyslərin ümumi yüklənmə səviyyəsi 7,3 faiz bəndi artaraq 79,8%-ə çatıb, kreslo-kilometrlərin sayı 17% artıb, beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi isə 7,5 faiz bəndi artaraq 78,6% təşkil edib. Həm daxili, həm də beynəlxalq reyslərdə yüklənmə səviyyəsi “Türk Hava Yolları”nın tarixində rekorda çatıb.

Ötən ilin iyul ayında başlayan tələbatın ikirəqəmli artımı yanvarda 29%-lik artım ilə davam edib.

Beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 45% artlb (tranzit sərnişinlər istisna olmaqla).

Yanvar ayında daşınan yüklərin/poçtun həcmi əvvəlki ilin analoji ayı ilə müqayisədə 34% artıb. Artım əsasən Yaxın Şərq (45%), daxili reyslər (44%) və Avropanın (39%) hesabına baş verib.

Reyslərin yüklənmə səviyyəsi bütün regionlar üzrə artıb. Şimali Amerika, Yaxın Şərq, Mərkəzi Amerika, Cənubi Amerika və Afrika müvafiq olaraq 13 faiz bəndi, 1 faiz bəndi, 9 faiz bəndi və 8 faiz bəndi artıb.
Qeyd edək ki, 1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın və bütün dünyada 300 istiqamət üzrə uçuşlar yerinə yetirən (251 beynəlxalq və 49 daxili) 329 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətin üzvüdür. 6 il ərzində (2011-2016) aviaşirkət “Avropanın ən yaxşı aviaşirkəti” adına layiq görülüb. 2017-ci ildə “Skytrax” şirkətinin apardığı tədqiqatın nəticələrinə görə, “Türk Hava Yolları” ardıcıl doqquzuncu dəfə olaraq “Cənubi Avropanın ən yaxşı aviaşirkəti” seçilib. Aktivində 2010-cu ilin “Təyyarənin göyərtəsində ən yaxşı ekonom-klass qidalanması” dünya mükafatı olan “Türk Hava Yolları” 2013, 2014, 2016 və 2017-ci illərdə “Təyyarənin göyərtəsində ən yaxşı biznes-klass qidalanması” mükafatı alıb. 2015-ci və 2017-ci illərdə “Ən yaxşı biznes-zal” mükafatına layiq görülən “Türk Hava Yolları” sorğunun nəticələrinə əsasən, cari ildə “Biznes-zallarda ən yaxşı qidalanma” mükafatı ilə ardıcıl üçüncü dəfə təltif edilib. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.comsaytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.

Gülnaz Qənbərli
Gununsesi.info

COMMENTS