Türk Hava Yolları (THY) Venesuela, Meksika, Kolumbiya, Kuba və Braziliyaya səyahət edən sərnişinlərin ümumi şərtlərə əməl etsələr belə, ölkə səlahiyyətliləri tərəfindən müəyyən edilmiş əlavə nəzarət şərtlərinə əməl etməyən sərnişinlərin ölkələrə buraxılmayacağını açıqlayıb.
Son zamanlar türk sərnişinlərin Meksika başda olmaqla bir çox ölkəyə qəbul edilməməsi gündəmə gəlib.
Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı THY Venesuela, Meksika, Kolumbiya, Kuba və Braziliyaya gələn reyslərdə sərnişinlərin qəbulu üçün pasport və viza tələbinə əlavə olaraq bəzi əlavə yoxlamaların tətbiq edildiyini açıqlayıb.
Müəyyən edilən əlavə yoxlamalar nəticəsində sərnişinlərin ölkəyə girişinə icazə verilməyəcəyi üçün təyyarəyə minmə zamanı da oxşar yoxlamaların aparılacağını açıqlanıb.
Aviaşirkət həmçinin elan edib ki, ölkələrə giriş tələblərindən hər hansı biri yerinə yetirilməsə, sərnişinlər müvafiq reysə qəbul nöqtəsində problem yaşaya bilərlər.
Məsələ ilə bağlı THY ölkəyə giriş tələblərinin yer aldığı internet saytında məlumat verib.
Gununsesi.info