Türk iş adamının başına oyun açan şəriki vətəndaşları da zülmə salıb

  • By admin
  • 03 Fevral 2023 14:03
Azərbaycanda tikinti şirkətlərinin vətəndaşlarla problemi bitib-tükənmək bilmir.  İnsanların bu çətin dövrdə min bir əziyyət hesabına topladığı pulları mənzil satmaq adıyla mənimsəyən, yaxud da üzərinə düşən öhdəlikləri yerinə yetirməyən MTK sahibləri cəzasızlıq mühtində yaşadıqlarından insanları incitməyə davam edir.
Belələrindən biri də özünü  biznes adamı kimi tanıtmağa çalışan, əslində fəaliyyəti qalmaqallardan, məhkəmə çəkişmələrindən ibarət olan Qabil Əliyevdir.
Gununsesi.info-ya müraciət edən bir qrup vətəndaş  Qabil Əliyevin sonradan qanunsuz olaraq sahibləndiyi “Hom Paş Prestij MTK” adlı bu şirkətin onların başına açdığı oyundan şikayətlənib.
Vətəndaşlar bildirir ki, 2008-ci ildə Bakı şəhəri İcra hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə “Hom Paş Prestij MTK” yaşayış binası inşa edib.
Həmin zaman binanın inşası Türkiyədən olan iş adamı Hikmət Yiğitdöl adlı şəxsdə olub. Qabil Əliyevin türk iş adamına şərik olması və hansısa yollara oranı ələ keçirməsindən sonra ciddi problemlər başlanıb.
Məlum olub ki, binada bir mənzil bir neçə adama satılıb.
Bu azmış kimi Qabil Əliyev həmin binanı yanında başqa bir binanın da  tikintisinə  başlayıb.
Sakinlər yeni inşa olunan binananın məhəllədəki həyətin hesabına inşa olunduğunu deyərək, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin buna necə razılıq verməsinin araşdırılmasını tələb edir. 
Bu barədə mütəxəssis rəyi ilə ayrica materialı təqdim edəcəyik.
Vaxtilə Azərbaycanda çalışan Türkiyə vətəndaşı  Hikmət Yiğitdöl bir zamanlar ortaq olduğu  Qabil Əliyev tərəfindən aldadıldığını , onun fırıldağının qurbanı olduğunu söyləyir.
Azərbaycanın Baş Prokuroruna ərizə verən türk iş adamı  Qabil Əliyev barəsində cinayət işi açılmasını istəyib.
Hikmət bəy yazır ki, Q.Əliyev onun Azərbaycanda olmamasından istifadə edərək dələduzluq yolu ilə ikinci möhür düzəltdirib:
“Biz təsisçilərin təsis protokolu və razılığı olmadan Bakı şəhəri İcra Hakimiyyətinə məktubla müraciət edib. Adımdan saxta imza ataraq 0.73 ha torpaq sahəsini özünə məxsus “İnter” MMC-nin adına keçirilməsinə nail olub”.
İddialarla bağlı Gununsesi.info-nun sorğusunu cavablandıran Qabil Əliyev baş verənlərə görə, özünün deyil Hikmət Yiğitdölün məsuliyyət daşıdığını deyib.
O, bildirib ki, türk şərikinin zərərə saldığı vətəndaşlara o mənzil verib və buna görə də xeyli miqdarda zərərə düşüb.
Mətləb Yaqublu
Gununsesi.info