XƏBƏR LENTİ

18 Fevral 2018
17 Fevral 2018

21 Yanvar 2018 - 13:31

Türk komandosları da Afrinə girdi – Əməliyyat


Azad Suriya Ordusunun qüvvələri Afrində PKK-PYD qruplaşmasının nəzarətində olan bölgəyə daxil olub.

Gununsesi.info xəbər verir ki, qabaqcadan razılaşdırılmış plana əsasən Türkiyə ordusu dərhal hücuma reaksiya verib.

Suriya ilə sərhəddə yerləşən Kilis bölgəsindən ASO-ya dəstək üçün terrorçu mövqelərinə artilleriya zərbələrinə başlanılıb.

***

Azad Suriya Ordusunun kürd silahlılarına qarşı əməliyyatına dəstək vermək üçün Türkiyə tankları Afrinə daxil olub.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hərbi texnikanın heç bir müqavimətə rast gəlmədiyi bildirilir.

Qeyd edək ki, Türkiyənin Baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatlarının bazar günü başlanılacağını açıqlamışdı.

***

Yerli vaxtla 11:05-də Türk Silahlı Qüvvələri Afrin istiqamətində quru hücumuna başlayıb. Ordu Kilisin Gülbaba kəndi istiqamətində sərhədi keçərək irəliləyib.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Hücumda Bolu və Kayseridən gətirilən xüsusi təyinatlılar və komandosların iştirak etdiyi bildirilir.

Gununsesi.info