Türk lirəsi bir qədər də ucuzlaşdı

  • By admin
  • 11 Aprel 2018 14:39

Bu gün Türkiyədə ABŞ dollarının məzənnəsi 4,15 lirəni keçib.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, qonşu ölkədə Amerika valyutası 4,1559 lirəyə qədər bahalaşıb. Tədricən isə onun qiyməti 4,14 lirəyə düşüb. Türkiyədə avronun məzənnəsi isə 5,1449 lirəyə çatıb.

Gün ərzində TRY/USD nisbətinin ən aşağı həddi 4,1078, TRY/EUR nisbətinin ən aşağı həddi isə 5,0788 olub.

Gununsesi.info