Türk mediası ANS-in bağlanmasından yazdı

  • By admin
  • 13 Sentyabr 2016 21:51

star

Hazırda Türkiyədə yaşayan  telejurnalist  Sevil Nuriyeva hakim partiya  olan AKP-yə yaxınlığı ilə seçilən “Star”qəzetində  Azərbaycandakı “anti-Gülən əməliyyatı” barədə müəllif yazısı ilə çıxış edib.

Gununsesi.info   “Türkiyənin yaxın çoğrafiyasındakı vəziyyət” adlı  yazını təqdim edir:

 

Türkiyənin yaxın coğrafiyasındakı vəziyyət Azərbaycan mühüm əhəmiyyətli bir ölkədir. Qafqazdakı yeganə qaladır və İslam-Türk coğrafiyası üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycana baxış bucağı da yenidən nəzərdən keçirilməlidir. Rusiya, İran, ABŞ, Almaniya müstəvisində rənglər olduqca parlaqdır. Yeri gəlmişkən, FETÖ də olduqca parlaqdır. O dərəcədə parlaqdır ki, FETÖ mənsubu olmayan şəxslər və qurumlar iflic olmuş vəziyyətdədir. Və burada FETÖ ilə əlaqəli olan şəxslər işin içindədir. Azərbaycanda yatırımları olan türkiyəli iş adamı Hüseyin Büyükfırat bir neçə gün əvvəl Azərbaycana gələrkən sərhəddən buraxılmadı. Büyükfıratı tanıyan tanıyır! O, hələ FETÖ hadisəsi baş verməmiş, FETÖ təhlükəsini ilk anlayan və onlara qarşı sərt mövqe nümayiş etdirən tək-tük isimlərdəndir. Təkcə bu insident Azərbaycanda FETÖ-nün gücünün dərinliyinə işarə edir. FETÖ ilə əlaqəli olmaqda ittiham edilərək, bir neçə müxalifət nümayəndəsi də həbs edilib. Sirr deyil ki, FETÖ qruplaşması bizim coğrafiyada açıq-aşkar müxalifət olan kiməsə salam verməyib. Burada Türkiyədəki kimi davranmayıb. Yalnız iqtidara yaxın olan şəxslərə rəğbətlə yanaşıb, çünki məqsədi dövlətə sızmaq və bəslənərək çoxalmaqdır. İndi bu cür hadisələrlə kimsə Prezident İlham Əliyevi çətin vəziyyətə salmaq istəyir. Pərdəarxasında FETÖ rəhbərinin İlham Əliyevi təhdid etməsi barədə söz-söhbət də gəzir. ANS TV kimi ilk müstəqil telekanalı da FETÖ-yə qarşı mübarizə çərçivəsində 2 aydır ki, bağlayıblar. Halbuki Azərbaycanda ANS TV’nin FETÖ ilə uzaqdan-yaxından heç bir əlaqəsinin olmadığını hamı bilir! Bəs bu qədər məlumat çirkliliyi nə üçündür? Aldatma nəyə lazımdır? Bax, məsələ də budur. Bu qruplaşma o qədər hiyləgərdir ki, hədəf dəyişdirməkdə mahirdir və bu, vəziyyətin əslində nə qədər dərinləşdiyinin bir sübutudur! Əsl FETÖ-çülər qalıb kənarda, FETÖ-yə qarşı mübarizə adı ilə günahsız insanlar əziyyət çəkir! Türkiyədə vaxtaşırı edilən xətalara indi bu bölgə də səhnə olur. Burada qorxunc olan odur ki, məlumat çirkliliyi təkcə ictimaiyyəti deyil, başdakı liderləri də aldatmağa yönəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “at izi it izinə qarışıb” ifadəsi eynilə Orta Asiyadakı və Qafqazdakı FETÖ tablosu üçün də keçərlidir.

Sevil Nuriyeva

Star qəzeti