Türk mediası Ebrunun Günelə etdiklərindən yazdı

türkiyəli müğənni Ebru Gündeş Şəmkirdə baş tutan toyda illərdir küsülü olduğu Günel Zeynalovanın yer almasına mane olub. 

Gununsesi.info xəbər verir ki, türk mediası baş verən hadisədən yazıb. Onlar Günelin “Ebru Gündeş ruzimi kəsdi” sözlərini qeyd ediblər. Vurğulanıb ki, bir gecədə səhnə alması planlaşdırılan Günelin çıxışına Ebru əngəl olub.

Yazıda iki ifaçı arasında illərdir iş adamı Reza Zarraba görə yaşanan qalmaqalın bitmədiyi qeyd edilib.

Xatırladaq ki, Günel Ebru Gündeşin keçmiş həyat yoldaşı Reza Zarrabla nişanlı olub. İş adamı Günelə Ebru ilə xəyanət edib. Uzun illərdir ifaçılar arasındakı küsülülüyün səbəbi də budur.