Türk mediası Hikmət Hacıyevin Baxçalıya cavabını yaydı

  • By admin
  • 31 May 2021 09:06

Türkiyənin bir sıra media quruluşları Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin MHP lideri Dövlət Baxçalının Şuşada məktəb projesinin baş tutmaması barədə açıqlamasına cavabını yayıb.

Qardaş ölkənin “Sözcü” qəzetində dərc olunan açıqlamada Azərbaycanın məktəbin inşası üçün hər hansı problem görmədiyi qeyd olunur və bildirilir ki, texniki məsələlərlə bağlı müzakirələrdən sonra bu proyekt həyata keçiriləcək.

Qeyd edək ki, Türkiyənin Milliyətçi Hərakat Partiyasının lideri Dövlət Baxçalının Şuşada məktəb projesinin iptalı barədə açıqlaması hər iki ölkədə birmənalı qarşılanmayıb.
MHP lideri bildirib ki, Azərbaycan yönətimi Şuşada məktəb inşasına razılıq verməyib.

Gununsesi.info