Türk ordusu 11 terrorçunu məhv edib

  • By admin
  • 19 Dekabr 2016 11:31
isid
Gununsesi. info Türkiyə Silahı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər  verir ki,   “Fırat kalkanı” əməliyyatı çərçivəsində dekabrın 18-də keçirilən əməliyyatlar nəticəsində Suriyanın Əl-Bab rayonu ərazisində İŞİD terrorçularının  hədəflərinə zərbələr endirib.  
TSK Baş Qərargahının məlumatında o da bildirlir ki, sutka ərzində 11 terrorçu məhv edilib.
“Əməliyyat çərçivəsində bir Türk əsgəri də dünyasını dəyişib”- deyə, qeyd olunur.
Baş Qərargahın yaydığı məlumatda deyilir ki,  sutka ərzində İŞİD mövqelərinə 156 artilleriya, 52 aviazərbəsi endirilib.
Bu zərbələr nəticəsində  İŞİD-in xeyli müdafiə mövqeyi dağıdılmaqla yanaşı, terroristlərə  məxsus  silah anbarı və xeyli sayda silah-sursatı məhv edilib.
Gununsesi.info