Türk ordusu 7 terrorçunu zərərsizləşdirdi

  • By Günel
  • 03 Dekabr 2024 22:57

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi əməliyyatlar nəticəsində ümumilikdə 7 terrorçu zərərsizləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Suriyanın şimalındakı “Fırat Kalkanı” və “Barış Pınarı” bölgələrində müəyyən edilmiş 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Gununsesi.info