
İraqın şimalındakı “Pəncə-Kilid” anti-terror əməliyyatında indiyədək 73 terrorçu zərərsizləşdirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə nazir Hulusi Akar məlumat verib.
O bildirib ki, türkiyəli hərbçilər üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. “Sərhədlərimiz milli məsələdir. Təəssüf ki, saxta xəbərlərlə, videolarla fərqli rəy yaratmağa çalışırlar”.
Gununsesi.info