Türk ordusunun Suriyada başladığı “Fırat Kalkan” əməliyyatının növbəti hədəfi Cerablusla yanaşı Minbiçi hər cür terrorçulardan təmizləməkdir.
Gununsesi.info “Haberturk”-ə istinadən xəbər verir ki, bu yaşayış məntəqələrində nə İŞİD, nə də PYD/YPG ola bilər.
Qey olunur ki, əgər PYD/YPG Minbiçi boşaltmasa, Türk ordusu Suriyanın içərilərinə doğru irəliləyəcək. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür. Türk ordusu və Azad Suriya Ordusu (ÖSO) hər cür müdaxiləyə hazırdır. Hədəf Türkiyə-Suriya sərhəddində terrorçuların fəaliyyət göstərmədiyi bir təhlükəsiz blgə yaratmaqdır.
Gununsesi.info