Türk ordusu hərəkətə keçdi

  • By admin
  • 22 Yanvar 2022 17:12

Suriyanın şimalında Hseke məntəqəsinin Tel-Temir kəndində türk dronu PKK/YPG terrorçularını daşıyan avtomobili vurub.

Gununsesi.info xəbər verir ki, hücum nəticəsində YPG-nin sözdə kəşfiyyat rəsmisi və ətrafındakı terrorçular məhv edilib.

PKK-nın sözdə komandiri “Azad Ezdin” kod adlı Süleyman Şemo Yusuf və “Ənvər” kod adlı Naci Heci Sebro zərərsizləşdirilib.

Qeyd edək ki, dronlar bundan əvvəl də terrorçuları hədəfə almışdı. 2021-ci il dekabrın 7-də Hanesor bölgəsində PKK-nın qondarma komandirlərindən olan “Dijvar” kod adlı Bedel Hacı öldürülüb.

 

Gununsesi.info