Türk ordusu “İŞİD”-çilərə ağır zərbələr vurmaqda davam edir

  • By admin
  • 24 Avqust 2016 16:02

57bd82f0c03c0e2f105330b3

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terror təşkilatları İŞİD və PYD-nin (PKK-nın Suriya qolu) mövqelərinə zərbələri davam etdirir.

Gununsesi.info “Hürriyet”ə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 14 “İŞİD”-çi və bomba yüklü 3 ədəd avtomobil məhv edilib.

Qeyd edək ki, Türkiyə Hava Qüvvələrinə məxsus “F-16” bombardmançı təyyarələri də “İŞİD”-i havadan bombalayır. Bombardmana qatılan təyyarələrin sayı son saatlarda artıb.

Gununsesi.info