Türk ordusu İŞİD-in mövqelərini darmadağın etdi

  • By admin
  • 28 May 2016 10:27

ISHID

 

Türkiyə-Suriya sərhədində yerləşən Azez şəhəri IŞID terror qruplaşması tərəfindən atəşə tutulub.

Gununsesi.info verir ki, şəhərə, həmçinin türkmən kəndlərinə hücum nəticəsində 13 suriyalı yaralanıb. Yaralılar təcili yardım maşınları iləÿKilisÿDövlət Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsina baxmayaraq, yaralılardan biri həyatını itirib.ÿ12 suriyalının isə müalicəsi davam edir.

Srağagün gecə saatlarından etibarən sərhəd məntəqələrinə yerləşdirilən Türkiyə Silahlı Qüvvələri “Fırtına”ÿtopları ilə terror qruplaşmasının mövqelərini darmadağın ediblər. IŞID-lə Azad Suriya Ordusu arasında Türkiyə sərhədinə 15 kilometr məsafədə qarşıdurmalar davam edir. IŞID-in bəzi kəndləri ələ keçirdiyi, hücumları davam etdirdiyi bildirilir.

Mayın 25-dəÿTürkiyə Silahlı Qüvvələri Suriya sərhədində yerləşənÿIslahiyeyəÿ”Fırtına” topları yollayıb. QaziantəpinÿSuriya sərhədindəki Islahiye mahalına 16 ədədÿ”Fırtına”ÿtopları dəmiryolu vasitəsilə çatdırılıb.

Son zamanlar PYD-PKK terrorçularınınÿbölgədə aktivləşməsi Türk ordusunu hərəkətə keçirib. Artıq zirehli texnika əraziyə çatıb və yaxın zamanlarda Türk ordusunun həmlələri gözlənilir.

Bu il fevralın sonlarındaÿTürkiyə Silahlı QüvvələriÿSuriya ərazisini ağır silahlarlaÿatəşə tutub. Kilis qəsəbəsindən sərhəd yaxınlığındakı Hələb şəhərinə bağlı Azez qəsəbəsi “Fırtına” toplarıÿilə bombardman edilib.ÿTürkiyə ordusu tanklarla Minaak aviabazasının ətrafında yerləşənÿTelrıfatÿve Şavarikat bölgələrini, “Fırtına” topları iləÿisə Akçabağlarÿbölgəsini bombardman edib. (anspress)