Türk ordusu Rusiyanın olduğu bölgə üçün HƏRƏKƏTƏ KEÇDİ

  • By admin
  • 01 Oktyabr 2021 11:14

Türk ordusu Soçi zirvəsindən əvvəl Rusiyanın hava zərbələri endirdiyi Suriyanın şimal bölgəsində hərbi varlığını artırıb.

Gununsesi.info xəbər verir ki, Türkiyə ordusu Suriyanın şimalındakı İdlib istiqamətində hərəkətə keçib.

Əldə edilən məlumata görə, İdlibdə varlığını gücləndirən türk qüvvələri Rusiya döyüş təyyarələrinin vurduğu bölgələrin yaxınlığında yeni istehkam qurub. Yeni istehkam rejim bölgələrini İdlibin cənubundakı M4 magistral yoluna bağlayan bir yan yolun yaxınlığındadır. Bu istehkam M4 yolunu rejimə qarşı daha da möhkəmləndirir.

Bundan əlavə, türk hərbçilərinin çərşənbə günü bölgəyə tanklarla yanaşı, topçuları və kəşfiyyat qruplarını da göndərdiyi bildirilir.

Gununsesi.info