Türk ordusu terrorun qarşısını aldı

  • By admin
  • 30 Noyabr 2019 22:53
Türkiyə Silahlı Qüvvələri (TSQ) terrorun qarşısını alıb.
Gununsesi.org Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın Tel-Abyad bölgəsindən cənub-şərqdəki Eyn əl-Arus kəndində bombalı hücumun qarşısı alınıb.
Türkiyə Müdafiə Nazirliyi məlumatına görə, avtomobil vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan hücumun TSQ-nin bölgədəki nəzarət məntəqəsi tərəfindən qarşısının alındığı bildirilib.
Türkiyə MN-nin yaydığı məlumatda kənddən kənarda baş tutan bombalı hücum nəticəsində isə 6 mülki vətəndaşın yaralandığı qeyd edilib.
Gununsesi.org