
Suriyanın şimalında terror qruplaşmaların qarşı təşkil edilən “Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl-Babda İŞİD-ə aid 12 sığınacaq yeri məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Əldə edilən kəşfiyat məlumatı əsasında qırıcılar tərəfindən təyin edilən obyektlərin hədəf alındığı bildirilib.
Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatı avqustun 24-dən başlayıb.
Gununsesi.info