Türk ordusunun gəlişi ilə bağlı önəmli xəbər: Türkiyə və Rusiya Ortaq Monitorinq Mərkəzi yardır

  • By admin
  • 01 Dekabr 2020 12:35

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan ilə Ermənistan arasında atəşkəsin icrasını ən qısa müddətdə izləmək və nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Mərkəzinin aktivləşdirilməsi üçün lazımi işlərin aparıldığını açıqlayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Türk-Rus Birgə Mərkəzinin yaradılması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallarla bağlı müzakirələr tamamlandı və bir memorandum imzalandı. Mərkəzin ən qısa müddətdə aktivləşdirilməsi üçün lazımi işlər aparılır”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.org