Türk qadınına məxsus 1500 illik mumiya tapıldı

  • By admin
  • 29 İyul 2016 11:05

tur

Arxeoloqlar Altay dağlarında həyata keçirdiyi arxeoloji qazıntılar zamanı mumiya aşkar ediblər.

Gununsesi.info Gosindex protalna istinadən xəbər verir ki, elm adamlarının gəldiyi rəyə əsasən 1500 illik tarixə malik olan bu mumiya bir türk qadınına məxsusdur. Mumiya 2800 metrlik yüksəklikdə dəinliyi 3 metr olan ağac qəbirin içindən tapılıb. Sərt hava şəratinin olması nəticəsində ölən qadının cəsədi yaxşı qalıb. Mumiya qadına məxsus olub. Çünki onun yanında qadına məxsus bəzək əşyaları, qadın paltarına məxsus parça, geyim tapılıb.Qəbirdən eyni zamanda gil vaza, dəmir çaydan, döşəkçə tapılıb. Belə  əşyaların tapılması sübut edir ki, qadın dövrünə görə cəmiyyətdə yüksək statusa malik bir şəxs olub. Paltar üzərində əllə toxunun çiçəklər o dövrdə əl işlərinin inkişaf etməsinin göstəricisi hesab edilir. Qadının ayağındak çarıq isə daha çox müasir dövrün Adidasını xatırladır. Qadınla yanaşı onun atını da basdırıblar.

tur-1

Gununsesi.info