Türk Qızıl Aypara Cəmiyyəti İsrailin sərhəd keçidlərinə qoyduğu məhdudiyyətlərə görə Qəzza zolağına 20 min ərzaq bağlaması çatdırıb.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, əhaliyə kömək etmək üçün Türk Qızıl Aypara Qəzzaya quru qida, zeytun yağı və konservləşdirilmiş ton balığı da daxil olmaqla 16 vacib maddədən ibarət ərzaq payı çatdırıb.
Çətin şərtlərə baxmayaraq, Türk Qızıl Aypara Qəzzada aclıqdan əziyyət çəkənlərə həyati dəstək verən pulsuz mətbəx fəaliyyətini davam etdirir.
Türk Qızıl Ayparası blokadada olan Qəzza zolağında 15 min insana gündəlik isti yemək verir.
Yerli Qızıl Aypara işçiləri qaz balonlarının çatışmazlığı səbəbindən bəzən odda yemək bişirirlər.
Böyük qazanlarda bişmiş yeməklər Qəzzanın müxtəlif bölgələrində toplaşan ehtiyacı olan insanlara çatdırılır.
İlhamə
Gununsesi.info