Xəbər verildiyi kimi, sentyabrın 1-də Türkiyə Respublikasının Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil olunub.
Qəbulda səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və KİV təmsilçiləri iştirak ediblər.
Amma maraqlıdır ki, təbdirə dəvət olunanlar və iştirakçılar arasında Azərbaycan müxalifətinin tanınmış və aparıçı simaları gözə dəyməyib. Daha doğrusu, onlar bu dəfəki bayram tədbirinə dəvət edilməyiblər.
Gununsəsi.info məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb. Səfirliyin müvəqqəti işlər vəkili Meral Barlas əməkdaşımıza telefonla hər hansı bir məsələ ilə bağlı danışmadığını bildirib: “Yaxşı olar ki, mətbuat müşavirimizə müraciət edəsiz. Bizim təcrübədə telefonla mətbuata açıqlama vermək yoxdur”.
Gununsesi.info