“Türk Silahlı Qüvvələrinin Qarabağa daxil olması təcili həyata keçirilməlidir” — Türkiyəli general

  • By admin
  • 26 Noyabr 2020 18:26

Məlum olduğu kimi, Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurunu tanımasıyla bağlı siyasi qərar çıxarıb. Qərarla bağlı ölkəmizdə Fransa hökümətinə qarşı çoxsaylı etirazlar başlayıb. Haqlı etirazımıza qardaş Türkiyədən də dəstək gəlməkdədi.

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi,  general Yücəl Karauzda  Moderator.az saytı vasitəsi ilə öz etirazını bildirib və bir neçə təkliflər verib:

Əgər Fransa hökuməti və Makronun qərarı təsdiqləyərsə, aşağıdakı tədbirlər görülməlidir:

1. Azərbaycanın Parisdəki Səfirini danışıqlarda iştirak etmək şərti ilə Bakıya çağırmalıdır

2. Azərbaycanın Fransanın ATƏT -in Minsk qrupunun həmsədrliyini ləğv etdiyini, Fransanın iştirak edəcəyi heç bir danışığa qatılmayacağını bəyan etməlidir

3. Azərbaycanın Fransa ilə enerji sferasındakı və Xəzərlə əlaqədar şirkətlərinə dair təkrar nəzərdən keçirmək işinə baxılacağını aid bəyanat verməlidir

4. Türk Silahlı Qüvvələrinin Şuşa, Ağdam , Kəlbəcər və Laçına daxil olması təcili həyata keçirilməlidir

5. Fransa mallarını boykot edilməlidir

6. Atəşkəsin və (1921 -1991) dövrü Azərbaycanın ərazi bütövlüyünün Konstitusiya çərçivəsindəki Rusiya nəzdində ərazi bütövlüyü üçün səy göstərilməlidir

7. BM qanunlarına zidd olan bu qərar üzərinə BM təşkilatına təzyiq göstərilməlidir

8. Bütün dünyadakı Fransa səfirlikləri qarşısında qərarı bəyan etmək

9. Türk Keneşi və İslam Əməkdaşlığı Təşkilatını iclasa çağrıb hüquqa zidd qərarın əksinə çıxış etməsi üçün səy göstərilməlidir

10. Türkiyə Pakistan kimi qardaş dost ölkələrlə ortaq məsləhətləşmələr aparmalıdır

11. Mövzuya dair İsrail və Yəhudi lobbisinin dəstəyinə nail olunmalıdır

12. Vicdanlı Fransız iş adamlarına və Fransa xalqına qəbul edilən bu qərarın Fransa Azərbaycan dostluğuna və bölgədəki sülhə vurula biləcək ziyan izah edilməlidir.

Gununsesi.org