Türk Şurası Gənclər Platformasına yeni prezident

  • By admin
  • 14 Oktyabr 2019 09:16

İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçilib.

Gununsesi.org  xəbər verir ki, dünən Bakı şəhərində Türk Şurası Gənclər Platformasının Birinci Baş Assambleyası keçirilib.

Baş Assambleyada Türk Şurası Gənclər Platformasının seçimləri aparılıb və “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Platformanın prezidenti vəzifəsinə seçilib.