
İsveç Ayrı-seçkilik Ombudsmanı (DO) Stokholm Universitetini “Türkiyə İsveçin NATO-ya daxil olmasına mane olduğu” əsası ilə bir türk tələbənin təcrübə ərizəsini rədd etməkdə təqsirli bilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar nəticəsində tələbəyə qarşı etnik ayrı-seçkiliyin olduğu müəyyən edilib.
Stokholm Universitetinin ayrı-seçkilikdə günahkar olduğu qeyd edilib.
Qeyd edək ki, İstanbul İbn Haldun Universitetinin Psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Fatma Zehra 23 noyabr 2022-ci il tarixində Stokholm Universitetinə müraciət edərək, Avropa İttifaqının (AB) Erasmus qrant proqramı çərçivəsində təcrübə keçmək hüququ qazanmışdır.
Universitetin müəllimlərindən professor Per Karlbrinqin rəhbərlik etdiyi tədqiqat layihəsində iştirak etmək istədiyini bildirən akademikə elektron məktub göndərən Fatma Zehra, Carlbrinqdən “Hörmətli Fatma, mən Sizi qonaq etmək istərdim, amma Türkiyə İsveçin NATO-ya üzv olmasına mane olduğu üçün sizin müraciətinizi rədd etməliyəm” cavabı aldı.