
“Türk Telekom” telekommunikasiya şirkətində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı əməliyyat keçirilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Təhlükəsizlik və Terrorla Mübarizə şöbəsinin əməkdaşları FETÖ və Paralel Dövlət Quruluşu (PYD) ilə bağlantısı olan şəxslərin de-şifrə edilməsi istiqamətində “Türk Telekom”da əməliyyat keçirblər.
Belə ki, əməliyyat nəticəsində “Türk Telekom”da çalışmış və hələ də çalışmaqda davam edən 19 nəfər saxlanılıb.
Gizli şahid ifadələri əsasında FETÖ liderinin təlimatı üzrə “Türk Telekom”da çalışmış və hələ də çalışmaqda davam edən bəzi şəxslər təşkilatın maliyyə qaynağı olaraq bilinən “Bank Asiya”ya külli miqdarda pul yatırıblar.
Qeyd edək ki, əməliyyat nəticəsində saxlanılanlardan 10 nəfəri artıq nəzarətə götürülüb.
Anar
Gununsesi.info