Türkan Şoray bıçaq altına düşə bilər

  • By admin
  • 24 Aprel 2017 15:25

unnamed

Türkiyənin məhşur aktrisası Türkan Şorayın səhətində ciddi problem yaranıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, çəkisinin artması səbəbindən T. Şorayın ikinci böyrəyində problem yaranıb.

Belə ki, həkimlər aktrisaya kuşinq sindromu diaqnozu quyublar.

Xatırladaq ki, 2 il əvvəl kuşinq sindromu səbəbiylə T. Şorayın sol böyrəyi Prof. Dr. Nihat Yavuz tərəfindən əməliyyat edilib. Laparoskopik üsulla edilən əməliyyat təxminən 1 saat davam edib.

Hazırda T. Şorayın digər sağ böyrəyi kuşinq sindromu səbəbiylə Dr. Rafiq Tanagöz tərəfindən müalicə olunur.

Qeyd edək ki, kuşinq (Cushing) sindromu orqanizmdə kortizol hormonunun artıqlığı ilə gedən bir xəstəlikdir. Səbəbi və mənbəyi nə olursa olsun kortizol hormonun yüksəlməsi Kuşinq sindromuna yol açar. Bu əslində nadir bir xəstəlikdir. Avropa və Amerika Birləşmiş Ştatlarınd aparılan statistikaya görə, hər milyon nəfər əhaliyə 4-5 nəfər xəstə düşür. Daha çox qadınlar arasında olması bilinməkdədir. 5-8 dəfə kişələrə nisbətən qadınlarda daha çox rast gəlinir.

Anar

Gununsesi.info