Türkan Şoray borca düşüb villasını satdı - ÜNLÜ SƏNƏTÇİ OTELDƏ YAŞAYIR

  • By admin
  • 25 Noyabr 2016 22:37

turkanshoray

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, borcları səbəbindən BəLəkdəki villasını satıb bir qədər ucuzunu alan məşhur aktrisa Türkan Şoray yeni ev hazır olana qədər oteldə qalacaq. Dizində problem olduğundan pilləkənlərdən istifadə edə bilməyən aktrisanın yeni evində lift var. “Uzaklarda arama” filminin çəkilişlərindən sonra gözlədiyi gəliri əldə etməyən Türkan Şoray filmdən qalan borclarını ödəmək üçün bu addımı atıb. 10 milyon 500 min dollara satdığı villasını boşaltmaq məcburiyyətində qalan Şoray müvəqqəti oteldə qalır. Aktrisa borclarını ödədikdən sonra pulun əlində qalan hissəsi ilə Beykozda nisbətən ucuz villa alıb.

Gununsesi.info