
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl kuşinq sindromundan (hormonal pozğunluq nəticəsində sürətlə kökəlmə) əziyyət çəkən aktrisa Türkan Şorayın beynindən şiş götürülüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Yeşilçam” ulduzu əməliyyatdan sonra ilk dəfə evdə çəkilmiş fotosunu İnstaqram hesabında yerləşdirib və yazıb:
“İstirahət ilə keçən günlər. Həkim Nurperi Gazioğlu tərəfindən müvəffəqiyyətli bir əməliyyat keçirdim. Üç həftəlik istirahətdən sonra özümü yaxşı hiss edirəm”.