Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) dekabrın 19-da Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsini kəskin şəkildə pisləyir.
Gununsesi.info xəbər verir ki, TDƏŞ-in baş katibi Ramil Həsənovu tərəfindən yayılan yazılı müraciətdə mərhum səfir A.Karlovun ailə üzvlərinə və yaxınlarına başsağlığı verilir. Terrorun bütün formalarını, o cümlədən rusiyalı səfirin qətlə yetirilməsini qətiyyətlə qınayan baş katib əminliklə ifadə edir ki, bu terror aktını təşkil edən təxribatçı qüvvələr öz çirkin məqsədlərinə çata bilməyəcəklər.
Gununsesi.info