

Bu axşam Türkiyə, Qazaxstan və Qırğızstan parlamentinin spikerləri Azərbaycana gəlir.
Türkiyənin Azərbaycandakı səfirliyindən Gununsesi.info-ya verilən məlumata görə, bu axşam Türkiyənin Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman Azərbaycana 3 günlük rəsmi səfərə gəlir.
Səfirlikdən bildirilib ki, Türkiyə parlamentinin spikeri İsmayıl Kahraman bu gün axşam Qazaxstan parlamentinin sədri Nurlan Niqmatullinlə və Qırğızstan parlamentinin spikeri Sınıbay Tursunbekovla görüşü nəzərdə tutulub.
Azərbaycan, Türkiyə, Qazaxstan və Qırğızstan parlamentinin spikerləri ilə görüşücək.
Bu axşam hər üç ölkənin spikeri Milli Məclisin sədri oqtay Əsədov tərəfindən veriləcək şam yeməyində iştirak edəcəklər.
Spikerlər sabah səhər Şəhidlər Xiyabanını və Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra TürkPA-nın Baş ofisinin açılışında iştirak edəcəklər. Açılışda Azərbaycan prezidentinin də iştirakı gözlənilir.
Türkiyə parlamentinin spikeri PürkPA-nın Baş ifisinin açılışından sonra Milli Məclisin sədri Oqtay Əsədovla görüşü nəzərdə tutulub. İ.Kahraman dekabrın 22-də Türkiyənin Azərbaycandakı səfirliyində olacaq. Dekabrın 23-də isə Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir.
Qazaxstan Majlisinin (parlament) Aşağı palatasının sədri Nurlan Niqmatulin də Azərbaycana səfəri çərçivəsində TürkPA-nın Baş ofisinin açılışında iştirakla yanaşı bir sıra rəsmilərlə, xüsusən də Milli Məclisin sədri Oqtay Əsədov və ölkə başçısı İlham Əliyevlə görüşü nəzərdə tutulur. N.Niqmatullinin Azərbaycana səfəri sabah başa çatacaq.
Qırğızstan parlamentinin spikeri Sınıbay Tursunbekov da Bakıda Azərbaycan rəsmiləri ilə yanaşı, Türkiyə parlamentinin spikeri ilə ikitərəfli görüşlər keçirəcək.
Mürtəza
Gununsesi.info