
Neftin qiymətinin enməsi Türkdilli Dövlətlər arasında ticari əlaqələrin 40% azalmasına səbəb olub
“Ölkələrimiz arasında enerji və neftin qiymətlərinin düşməsi səbəbindən iqtisadi-ticari əlaqələrimizdə 30-40% azalma qeydə alınıb”.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bu gün Bakıda Türkdilli Dövlətləri Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin 6-cı görüşündə çıxışı zamanı deyib.
Nihat Zeybekçinin sözlərinə görə, türkdilli ölkələr eyni tarixi yaşayır, eyni dili danışmaqla yanaşı, keçmişimiz kimi gələcəyimiz də bir taledir: “Bu taleyi paylaşmaq bir qürurdur. Biz eyni dildə danışırıq. Ona görə də Türkdilli Dövlətlərin bir-biri ilə iqtisadiyyatı güclü olmalıdır”.
Türkiyəli nazir deyib ki, bunun üçün aramızdakı ticari əlaqələrini artırmalıyıq.
“Bu baxımdan iqtisadiyyat nazirlərinin bu görüşünü olduqca önəmli sayırıq. Türkiyə bu gün dünyanın 16-cı böyük iqtisadiyyatına malik ölkəsidir. Hazırda Türkiyə dünyanın bir çox ölkələri ilə ümumilikdə 430 milyard dollarlıq yatırıma sahibdir. Ancaq Türkdilli Dövlətlər arasında heç bu məbləğin 1%-nə sahib deyilik”– deyə, N. Zeybekçi vurğulayıb.
Türkiyəli nazir onu da təklif edib ki, bütün türkdilli ölkələr öz aralarında onlyan iqtisadi-ticari əlaqələri genişlənirməklə yanaşı, öz milli valyutalarını gücləndirməlidir:
“Misal üçün Çində bir onlayn ticarət saytı bir gündə məhsulun satışından 18 milyard dollar gəlir əldə edir. Biz bu sahəni genişləndirməliyik. Bu sahə bizim ölkələrimiz arasında mövcud ticarəti əlaqələri və sərmayələri artıracaq”.
O, eyni zamanda türkdilli ölkələrin turizm, sağlıq turizm və təbii ki, inşaat sektorunda iş birliyinin artırlasınən vacibliyini qeyd edib.
Mürtəza
Gununsesi.info