“Türkdilli ölkələr münasibətləri möhkəmləndirir” - Türkiyə XİN

  • By admin
  • 03 Oktyabr 2019 20:35

Türkdilli ölkələr son 10 il ərzində münasibətləri möhkəmləndirib və möhkəmləndirməkdə davam edir.

Gununsesi.org-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, oktyabrın 3-ü Naxçıvanda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında sazişin imzalandığı gün “Türkdilli dövlətlər” günü kimi qeyd olunur:

“Birgə mədəniyyət və tarix sayəsində güclənən dost və qardaş türkdilli dövlətlər regionda sülh və çiçəklənməyə töhfə verməyə davam edir”.

 

 

Gununsesi.org