Türkeşin oğlundan Baxçalıya güllə kimi sözlər Bu, sizin heç vaxt idealist, xasiyyətli bir insan olmadığınız sübutdur

  • By admin
  • 19 Noyabr 2025 09:25

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Böyük Millət Məclisində çıxışında İmralidakı cəza evində saxlanılan PKK lideri Abdullah Öcalanla görüşə gedəcəyini deməsi qardaş ölkədə böyük sensasiyaya səbəb olub.

Gununsesi.info-nun xəbərinə görə, zamanlar Öcalana qarşı sərt, barışmaz mövqeyi olan Dövlət Baxçalının bu açıqlamasına MHP -nin mərhum başqanı Alparslan Türkeşin oğlu Apo ilə görüşmək üçün İmralıya getmək istəyən Dövlət Baxçalıya Alparslan Türkeşin oğlu Kutalmış Türkeş sərt reaksiya verib.

 

“Meydanlara kəndir atıb körpə qatilinə ölüm hökmü çağıran birinin on minlərlə insanımızın qatilinin yanına gedəcəyini söyləməsi və alqışlarla qarşılanması sizin heç vaxt idealist, xasiyyətli bir insan olmadığınız sübutdur. Mən də düşünürəm ki, sən getməlisən, çünki hər kəs aid olduğu yerə getməlidir!”

 

Günay Mahiqızı

Gununsesi.info