Türkiyə əfqan miqrantları qəbul etməyəcək – Çavuşoğlu

  • By admin
  • 30 Avqust 2021 10:36

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən Antalyada görüşdüyü Almaniyanın Xarici İşlər naziri Heiko Maas ilə keçirdiyi birgə mətbuat konfransında Əfqanıstandakı vəziyyəti qiymətləndirib.

Gununsesi.info xarici mətbuata istinadla xəbər verir ki, Türkiyənin miqrasiya ilə bağlı mənəvi və humanitar məsuliyyətlərini layiqincə yerinə yetirdiyini vurğulayan Çavuşoğlu əlavə miqrant qəbul edə bilməyəcəklərini qeyd edib.

Kabil Hava Limanının təhlükəsizliyinin təmin edilməsinin ciddi bir məsələ olduğunu ifadə edən Çavuşoğlu bu məsələni diqqətlə nəzərdən keçirdiklərini vurğulayıb.

Çavuşoğlu əfqanların Türkiyədə saxlanılacağı iddiaları ilə əlaqədar nə Almaniyadan, nə də başqa bir ölkədən belə təklif gəldiyini bildirib.