Türkiyə “Ərən qış-24” əməliyyatına başladı

  • By admin
  • 13 Fevral 2022 14:05

Türkiyənin Siirt-Akmeşe bölgəsində “Ərən qış-24 şəhid jandarma baş çavuş Erkan Yalçın” əməliyyatı başladılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, əməliyyatın məqsədi bölgədəki terrorçuları zərərsizləşdirmək, regionda sülh və təhlükəsizlik mühitinin möhkəmləndirilməsidir.

Əməliyyatda 39-u əməliyyat qrupu olmaqla Jandarma Komando, Jandarma Xüsusi Əməliyyatlar (JÖH), Polis Xüsusi Əməliyyatlar (PÖH) və Təhlükəsizlik Mühafizə qruplarından ibarət 545 şəxsi heyətin iştirak etdiyi qeyd olunub.

Gununsesi.info