2022-ci ildə Qırğızıstan iqtisadiyyatına ən çox xarici investisiya Türkiyədən gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə Qırğızıstan Milli Statistika Komitəsinin məlumatında deyilir.
Birbaşa xarici investisiyalarda Türkiyə 28,4 faizlə liderlik edir. Ondan sonra Çin (27,1 faiz), Rusiya (12,1 faiz), Qazaxıstan (7,5 faiz) və Hollandiya (5,2 faiz) gəlir.
2022-ci ildə birbaşa xarici investisiyaların ümumi həcmi əvvəlki ilə nisbətən 19 faiz artaraq 1 milyard 202 milyon 600 min dollara çatıb.
Səid Əhmədli
Gununsesi.info