Türkiyə sabah başa çatacaq Olimpiadada 1984-cü ildən bəri ilk dəfə qızıl medal qazana bilmədi. Bu, Olimpiya tarixində bir ilk ola bilər.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, böyük həyəcana səhnə olan Paris 2024 Olimpiya Oyunlarında idmançılar atıcılıq, atletika, badminton, şosse velosipedi, boks, bədii gimnastika, qılıncoynatma, güləş, ağır atletika, cüdo, avarçəkmə, stolüstü tennis, müasir pentatlon, oxatma, taekvondo, voleybol, yelkən və üzgüçülükdə yarışıblar.
Qızıl medal hədəfləyən idmançılar yarış davam edərkən Olimpiadada maraqlı bir statistika ortaya çıxıb. İyulun 26-da Fransanın paytaxtı Parisdə start götürən Yay Olimpiya Oyunlarında idmançılarımız indiyədək 3 bürünc və 3 gümüş olamaqla, cəmi 6 medal qazanıblar.