
Amerika Türkiyədən FETÖ lideri Fətullah Gülənin Kanadaya qaçmaq iddiası ilə bağlı bilgiləri istəyib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Ədliyyə Naziriliyi də FETÖ-nün Kanadada aldığı torpaq sahəsinin ünvanını, kimlər tərəfindən və nə vaxt alındığı ilə bağlı informasiyaları ABŞ-a göndərib.
Belə ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra F. Gülənin Kanadaya yerləşmək istəyi daha da artıb.
Hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan F. Gülənin qaytarılmasını tələb edən Türkiyə, bu müddət ərzində ABŞ-a xeyli sayda informasiya və sənədlər göndərib.
Qeyd edək ki, hətta, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ F. Gülənin Türkiyəyə ekstradisiyası ilə əlaqədar olaraq ABŞ-a getsə də, Barak Obama tərəfindən müsbət cavab verilməyib.
Anar
Gununsesi.info