Türkiyə ABŞ-dən F-16 qırıcıları alacaq

  • By ilhame
  • 13 İyun 2024 13:52

Türkiyə ABŞ ilə F-16 qırıcılarının alınması ilə bağlı razılaşmalar imzalayıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə TRT telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəsinə istinadən bildirib.

 

“Razılaşmalar imzalanıb. Razılaşmaların detallarının dəqiqləşdirilməsi üzrə işlər iki ölkənin nümayəndə heyətlərinin danışıqları zamanı davam etdirilir. Qəbul edilmiş qərarlarla bağlı təfərrüatlar daha sonra ictimaiyyətə çatdırılacaq”, – məlumatda deyilir.

Gununsesi.info