Türkiyədə lentə alınan seriallar dünya miqyasında olduqca böyük rezonans doğurub. Ekran işləri sadəcə Şərq ölkələrində deyil, Avropa və Latın Amerikası ölkələrində də özünə geniş tamaşaçı auditoriyası toplayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Economist” jurnalında bildirilib.
“Parrot Analytics”in araşdırmalarına görə, 2020 və 2023-cü illər aralığında Türk seriallarına tələb xeyli artıb. Bu tələblə də, Türk serialları Koreya seriallarını geridə qoyub.
2023-cü ildə Türk seriallarını ən çox İspanya, Səudiyyə Ərəbistanı və Misir alıb. Türkiyə ABŞ və Böyük Britaniyadan sonra dünyaya ən çox serial ixrac 3-cü ölkə olub.
Sadəcə 2022-ci ildə Türkiyənin seriallardan əldə etdiyi qazancının 600 milyon dollara çatdığı qeyd edilib.
Analitiklərin proqnozlarına görə, bu rəqəm yaxın zamanlarda milyard dollara çatacaq.
“The Economist”də o qeyd edilib ki, Türkiyədə serialların hər həftə bir bölümü yayımlansa da, digər ölkələrdə seriallar qısa bölümlərə ayrıl;r və uzun müddət verilir.
Türk serialalrın dünyada məşhurlaşmağına səbəb kimi isə aktyorların zövqlü geyimləri, lüks avtomobilləri və gözəl rəqsləri göstərilir.