
Antalya hava limanında bomba həyəcanı yaşanıb.
Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, hava limanında çantasını X-Ray cihazından keçirmək istəməyən, “Bismillah, Allahu-əkbər” deyərək qışqıran şəxs saxlanılıb.
Həmin şəxs ötən gün axşam da havalimanında olduğu zaman üzərində narkotik olduğu üçün saxlanılmış, bir müddət sonra isə sərbəst buraxılmışdı.
Suriyalı vətəndaşın narkotik istifadəçisi olduğu müəyyənləşib.
Gununsesi.info