Türkiyə Avropa İttifaqı (Aİ) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) arasında seçim etməyəcək, hər iki təşkilatla qarşılıqlı fəaliyyət göstərəcək.
Gununsesi.info xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan deyib: “Şərqlə əlaqələrimizi gücləndirdikcə, biz Qərblə də dərin qarşılıqlı əlaqələrimizi inkişaf etdirməyin yollarını axtaracağıq. Bəzilərinin iddia etdiyi kimi, biz Avropa İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) arasında seçim etmək məcburiyyətində deyilik”.
Onun sözlərinə görə, Türkiyə o zaman təsirli dövlət ola bilər ki, Şərq və Qərb ölkələri ilə eyni vaxtda münasibətləri inkişaf etdirsin.