Türkiyə Almaniyadakı səfirini geri çağırdı  

  • By admin
  • 02 İyun 2016 16:40

 

ErdoganAlmaniya parlamentinin qondarma “erməni soyqırımı”nı tanımasına etiraz olaraq Türkiyə bu ölkədəki səfiri Hüseyn Avni Qarslıoğlunu geri çağırıb. Gununsesi.info xəbər verir ki, ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd edək ki, bu gün Almaniya parlamenti qondarma “erməni soyqırımı”nın tanınması barədə qətnamə qəbul edib.

Qətnaməni parlamentdə deputatları çoxluq təşkil edən qrup – kansler Angela Merkelin Siyasi Partiyalar İttifaqı və Almaniyanın Sosial Demokrat Partiyası, eləcə də “Yaşıllar” Partiyası təqdim edib.

Qətnamədə həmçinin Almaniya hökumətinin tarixi hadisələrə görə məsuliyyətini tanıması, eləcə də 1915-ci il hadisələrini “soyqırım” kimi tanıması əks olunub.

 Gununsesi.info