“Türkiyə Almaniyayanın qərarını cavabsız qoymayacaq” - SƏRT REAKSİYA

  • By admin
  • 07 İyun 2016 14:33

 

chAVUSHOGHLU

 

Türkiyədə Almaniyanın qondarma erməni “soyqırımı” qərarına etirazlar səngimək bilmir.

Gununsesi.info TRT-yə istinadən xəbər verir ki, belə bir bəyanatla Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib. M. Çavuşoğlu deyib ki, bundestaqın qərarı nəticəsiz qalmayacaq və Ankara cavab tədbiri görəcək. “Biz qəbul olunmuş qətnaməni əleyhinə tədbirlər görəcəyik və biz belə bir haqsızlığa dözə bilmərik”, – deyə o bildirib. Nazir deyib ki, Ankara hazırda məsələ ilə bağlı Almaniya hökumətinin rəsmi mövqeyini gözləyir: “Görək, Almaniya hökuməti hansı mövqedən çıxış edəcək və onların mövqeyi Bundestaqın qərarı ilə eynidir ya yox?!”

Gununsesi.info