
Türkiyə Hərbi Hava Qüvvələri “Pəncə Şimşək” əməliyyatı çərçivəsində İraqın şimalındakı Metina rayonunda 5 PKK terrorçusunu məhv edib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində deyilir.
Məlumata əsasən, əməliyyata Türkiyə istehsalı olan ATAK hücum helikopterlərindən istfadə edilib.
Gununsesi.info